Haqqımızda Reklam
04 
Avq
2020
15:39
25
17
4594

Gürcüstan vətəndaşları Türkiyəyə getmək üçün hansı ünvanda qeydiyyatdan keçməlidirlər (Eksklüziv)

Bir çox vətəndaşların müraciətlərini nəzərə alaraq, Gürcüstandan Türkiyəyə mövsümü olaraq işləməyə getmək istəyən vətəndaşların qeydiyyatdan keçəcəkləri elektron veb saytla bağlı araşdırma apardıq. 24News.ge xəbər portalının əməkdaşları, bununla bağlı aidiyyətli qurumla əlaqə saxlayaraq məsələyə aydınlıq gətiriblər. Qurumdan verilən məlumata görə, Türkiyəyə mövsümü olaraq işləməyə getmək istəyən vətəndaşlar Bu elektron ünvanda (https://abroadworkers) qeydiyyatdan keçməli və Türkiyədən gələn dəvətnaməni buraya yükləməlidirlər. Qeydiyyatdan keçmək üçün, vətəndaşlar yuxarıda göstərilən sayta girərək, ilk olaraq “რეგისტრაცია” (Qeydiyyat) bölməsinə daxil olmalıdır (şəkil-1). Bundan sonra qarşınıza çıxan səhvədə “თანახმა ვარ” bölməsini vurun və qarşınıza qeydiyyat pəncərəsi açılacaq (şəkil-2). Qeydiyyat pəncərəsində, siz bölmələrə 1-ci olaraq şəxsi nömrənizi (პირადი ნომერი), 2-ci ad, 3-cü soyad, 4-cü telefon nömrənizi qeyd edib daha sonra, 5-ci bölmədən “სმს გაგზავნა” bölməsinə vuraraq telefonunuza kod göndərmiş olacaqsınız, bundan sonra isə o kodu 6-cı bölməyə daxil edin və 7-ci bölməyə vuraraq qeydiyyatı davam etdirin. (Şəkil-3) Bundan sonra, növbəti etapda isə 1-ci bölməyə Türkiyədən gələn dəvətnaməni türk və gürcü dilində, notaryusda təstiqlənmiş olaraq və elektron formatda həmin sayta yüklənməlidir, ikinci bölmədən isə Qeydiyyat yekunlaşdırılmalıdır (Şəkil-4). Sənədlər sayta yükləndikdən sonra, 1 həftə ərzində vətəndaşa cavab gələcəkdir. Xatırladaq ki, Gürcüstan vətəndaşları 4 avqustdan etibarən Türkiyə Respublikasının fiziki və ya hüquqi şəxsinin verdiyi və notarial qaydada təsdiq edilmiş üç aylıq dəvətnamə əsasında Türkiyəyə işləmək üçün gedə bilərlər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989