Haqqımızda Reklam
05 
Avq
2020
13:19
35
2
2811

Marneulidə uşaq bağçaları nə vaxt açılacaq? - Açıqlama

Bu gün, Təhsil nazir Mixeil Çxenikelinin tədris müəsisələrində yeni dərs ilinin adi qaydada, 15 sentyabrdan etibarən başlaması barəsindəki açıqlmasından sonra, bağçaların nə zaman açılacağı sualı da insanlarda maraq doğurub. Sözügedən məsələ ilə əlaqədar, Marneuli üzrə bağçalar birliyinin rəhbəri, Zaur Kərəmovla əlaqə saxladıq. 24News.ge xəbər portalına müsahibə verən Z. Kərəmov, bağçaların da məktəblərlə eyni vaxtda fəaliyyətə başlayacağını bildirdi: "Bağçalar da məktəblərlə eyni vaxtda, yəni sentyabrın 15-də açılacaq. Bağçalara qeydiyyatın birinci mərhələsi artıq yekunlaşıb. İkinci mərhələ isə 24-30 avqust tarixlərini əhatə edəcək. Bağçada uşaqlar üçün nəzərdə tutulan yemək proqramına gəldikdə isə, artıq bu barədə tender elan olunub və bağçalar açılanadək bu məsələ də öz həllini tapacaq", - deyə Zaur Kərəmov bildirib. Qeyd edək ki, ümumilikdə ölkə üzrə tədris müəsisələri ilə birlikdə bütün uşaq bağçaları da sentiyabrın 15-dən etibarən öz fəaliyyətinə başlayacaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989