Haqqımızda Reklam
06 
Avq
2020
09:17
1
22
2642

Gürcüstan vətəndaşı Azərbaycanda qəzaya düşdü

Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində baş verən avtomobil qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub. 24News.ge Report-a istinadən xəbər verir ki, “BMW” markalı avtomobilin yol kənarındakı ağaca çırpılması nəticəsində sürücü, Gürcüstan vətəndaşı Rəşad Həsənov və sərnişini Allahyar Fərhadov xəsarət alıb. Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərildikdən sonra müalicə üçün Bakıya göndəriliblər. Faktla bağlı araşdırma aparılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989