Haqqımızda Reklam
07 
Avq
2020
11:30
21
9
1233

Gürcüstanda koronavirusa yeni yoluxanların sayı açıqlandı - AZALIB

Son günlərlə müqaisədə ölkə ərazisində virusa yoluxanların sayında ötən gün artım qeydə alınsa da, bu gün qismən azalma müşahidə olunub. 24News.ge xəbər verir ki, rəsmi açıqlamalara görə, son 24 saat ərzində 7 yeni yoluxma qeydə alınıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən 7 nəfər isə sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 1213 nəfərə çatıb. Onlardan 994 nəfəri isə tam olaraq sağalıb. Ümumilikdə 17 nəfər sözügedən virusdan həyatını itirib. Hazırda ölkə üzrə karantində, 6680 stasionar nəzarətdə isə 333 nəfər saxlanılır.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989