Haqqımızda Reklam
07 
Avq
2020
11:45
21
19
2395

Baş nazir yardım proqramlarından danışdı...

“Gürcüstan vətəndaşları və əlbətdə Bidzina İvanişvili ilə birlikdə STOPCOV Fonduna vəsait cəlb edə bildik, bu vəsait bizə ilin sonuna qədər bu cür sosial yardım göstərməyimizə imkan verəcək”. 24News.ge xəbər verir ki, bu sözləri baş nazir Giorgi Qaxaria keçirdiyi brifinqdə deyib. O həmçinin, Hökumətin əhaliyə kömək üçün proqramlarını STOPCOV Fondu ilə birlikdə hazırladığını bildirib və qeyd edib ki, hökumət məsuliyyətsiz siyasətçilərin çağırışlarına qulaq asmayıb və əsassız kompensasiya verməyib: “Bu gün həyata keçirdiyimiz bu yardım proqramlarını iki səbəbə görə mümkün olduğunu vurğulamaq istərdim. Birincisi ilk günlərdə məsuliyyətsiz siyasətçilərin çağırışları ilə əsassız vədlər və əsassız kompensasiyalar verməməyimiz, ikincisi isə, Gürcüstan vətəndaşları və əlbətdə ki, Bidzina İvanişvili ilə birlikdə STOPCOV Fonduna maliyyə cəlb edə bilməyimizdir. Bu addımlar bizə ilin sonunadək sosial proqramları həyata keçirməyimizə imkan yaratdı”. Baş nazir bundan başqa, bu günkü üzləşdiyimiz problemlərin gələn il də olacağını bildirib: “İnanın ki, bugünkü dinamika ilə, yəni ki, qlobal inkişafın necə getməsi və pandemiya və iqtisadi böhranla mübarizə aparmaq məsələləri ilə gələn il də üzləşəcəyik və buna hazır olmalı və siyasətimizi daha da ehtiyatlı və məsuliyyətli etməliyik“, - deyə Qaaxaria bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989