Haqqımızda Reklam
07 
Avq
2020
12:14
22
4
742

Müxalifət üzvündən açıqlama: "Vaşinqton qarşıdakı seçkiləri daha yaxından izləyəcək"

“ABŞ Nümayəndələr Palatasının ABŞ Müdafiə Səlahiyyət Qanununa dəyişiklik etməsi, Gürcüstandakı vəziyyətlə bağlı həyəcanın Vaşinqtonda görünməmiş həddə çatması deməkdir”. 24News.ge xəbər verir ki, bu sözləri Vahid Milli Hərəkat partiyasının liderlərindən biri Salome Samadaşvili deyib. Onun sözlərinə görə, bu Vaşinqtonun qarşıdakı seçkiləri daha yaxından izləyəcəkləri deməkdir: “Gürcü Arzusunun bu düzəlişləri Konqresin və Nümayəndələr Palatasının fikirlərini əks etdirmədiyi kimi danışması yalandır. Gördüyünüz kimi, dünən yayımlanan sənəddə, Konqres o qanun layihəsini təstiq etdi, haradakı Nümayəndələr Palatası, Dövlət Departamentindən Gürcüstandakı demokratiya və qanunun aliliyi problemləri ilə bağlı hesabat təqdim etməsini istədiyir. Bunun narahat edici bir şey olmadığı demək yalandır. Əgər bir neçə il öncəyə diqqət etsəniz onda görərsiz ki, Gürcüstan və ABŞ arasında diplomatik münasibətlərdə heçvaxt belə bir qeyd edilməyib. Bu o deməkdir ki, Gürcüstandakı vəziyyətlə bağlı həyəcan Vaşinqtonda görünməmiş həddə çatıb və Vaşinqton qarşıdakı seçkiləri daha yaxından izləyəcək", - deyə Samadaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989