Haqqımızda Reklam
07 
Avq
2020
12:26
14
11
881

"Təəssüf ki, Rusiyanın hələ də Abxaziya və Cənubi Osetiyada hərbi qüvvələri var" - AB-ın Gürcüstandakı nümayəndəliyi

Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyi Rusiya ilə Gürcüstan arasındakı müharibənin 12-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. 24News.ge xəbər verir ki, bəyanatda Gürcüstan tərəfinin münaqişənin sülh yolu ilə həllinə dəstəyin hər zaman olduğu qeyd edilib. Bəyanat vasitəsilə, Avropa Birliyi Gürcüstandakı münaqişənin sabitləşməsi və həlli istiqamətində səylərini davam etdirməyə hazır olduğunu bir daha təsdiqləyib: “Bu gün Rusiya ilə Gürcüstan arasındakı qarşıdurmadan 12 il ötür. Bir çox qlobal problemlərə baxmayaraq, Gürcüstandakı münaqişələrin sülh yolu ilə həllinə, Avropa Birliyinin dəstəyi həmişə olduğu kimi güclüdür. Təəssüf ki, son aylarda gərginlik yüksək olaraq qalır və Rusiyanın hələ də Abxaziya və Cənubi Osetiyada hərbi qüvvələri var, bu isə beynəlxalq hüquq normalarına və Rusiyanın 2008-ci il 12 avqust müqaviləsinə əsasən verdiyi öhdəliklərə ziddir. Münaqişədən zərər çəkmiş əhalinin təməl insan hüquqları pozulmaqda davam edir, o cümlədən, sözdə sərhədlərin bağlanması, işğal xəttinin hər gün artırılması və qanunsuz həbs yolu ilə insanların hərəkət azadlığı məhdudlaşdırılır. Avropa Birliyi Gürcüstandakı münaqişənin sabitləşməsi və həlli istiqamətində səylərini davam etdirməyə hazırdır, o cümlədən Cenevrə Beynəlxalq Müzakirələrin həmsədri kimi iştirak etməsini, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsinin işini və Avropa Birliyinin Monitorinq Missiyasını dəstəkləyir. Avropa İttifaqı Gürcüstanın müstəqillik, suverenlik və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir", - deyə bəyanatda qeyd olunub. Xatırladaq ki, bu gün 2008-ci ildə baş verən Gürcüstan-Rusiya münaqişəsinin 12-ci il dönümüdür.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989