Haqqımızda Reklam
07 
Avq
2020
12:56
32
5
670

Vaşadze açıqlama verdi: "Regionlarda vahid namizədlər barəsində razılıq yaxşı olardı"

"Regionlarda vahid namizədlər barəsindəki razılıq yaxşı olaradı. Ancaq, nə edə bilərik, həyatın öz reallıqları var". 24News.ge xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının sədri, Griqol Vaşadze deyib. Onun sözlərinə görə, "VMH" majoritar namizədlər barəsində hələ tam razılıq əldə etməyib: "Dünən fikir mübadiləsi apardıq. Hələ bir neçə vakansiya yerimiz var. Buna görə də hissə-hissə namizədləri qeyd etmək olmaz. Namizədləri siyasi şura təstiqlədiyi andan etibarən bəyan edəcəyik. Gözləyək, Tbilisidə 2 majoritar dairədə vahid namizədlər məsələsi necə olacaq. Artıq 7 avqustdur və gözləyirik. Regionlarda vahid namizədlər barəsindəki razılıq yaxşı olardı, ancaq nə edə bilərik, həyatın öz reallıqları var. Elə seçki kampaniyasi həyata keçirməliyik ki, Gürcüstanı zərərverici və rus yönümlü hakimiyyətdən uzaqlaşdıraq", - deyə Qriqol Vaşadze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989