Haqqımızda Reklam
14 
Sen
2020
21:01
29
5
1121

GMİ-nin şeyxi Fransada Hz Peyğəmbərə qarşı yenidən təhqiredici karikaturaların gündəmə gəlməsini pisləyib

Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Hacı Ramin İgidov, Fransada "Söz azadlığı" adı altında Hz Peyğəmbərə qarşı yenidən təhqiredici karikaturaların gündəmə gəlməsini pisləyib. 24News.ge xəbər verir ki, R. İgidov baş verənləri ciddi problem hesab edib və bu kimi hərəkətləri "söz azadlığı" adı altında insanlığa qarşı bir yol verilməz hal olaraq qiymətləndirib: "Son zamanlar Fransada dərc edilən “Charlie Hebdo” adlı bir dərgidə əziz Peyğəmbərimizə (s) qarşı yenidən təhqiredici karikaturalar yayımlanmağa başladı. İslam Peyğəmbərinə (s) qarşı olunan bu hörmətsizlik İslam dünyası və müsəlmanlar tərəfindən hiddətinə səbəb olaraq, şiddətlə qınanılır. Təəssüflə bu növbəti təxribatçı addımı atmağı qərara alan bir Avropa ölkəsinin dərgisinin “söz azadlığı” bəhanəsi ilə qarşısı alınmır. Onlar hələ də anlamırlar və ya anlamaq istəmirlər ki, milyard yarımdan çox davamçısı olan bir dinin şərəfli müqəddəs şəxsiyyətini təhqir etmək, insanların hisslərini rəncidə etmək tərbiyəsizlik və şərəfsizlikdən başqa bir şey deyildir. Belə addımlar eyni zamanda insanlar arasında barışa və xoş münasibətlərə vurulan kobud məsuliyyətsiz zərbədir. Biz müsəlmanlıqdan öncə bir insan olaraq aləmlərə rəhmət olan Hz. Məhəmmədə (s) olan sayqısızlığı bütün ilahi peyğəmbərlərə qarşı hörmətsizlik kimi qəbul edir, tərbiyəsizliyə son!.. deyirik. Düşünürük ki, qlobal dünyada sülh və sabitliyə daha çox ehtiyac olduğu halda Avropa ölkələri seyirci qalmamalıdırlar. İnsalnlıq naminə belə islamafob addımın çirkinliyini dərk etməli, təkrarlanmaması üçün lazımi tədbirlər görməlidirlər",- deyə R. İgidov bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989