Haqqımızda Reklam
15 
Sen
2020
21:30
20
6
2576

Marneulidə neçə məktəb öz fəaliyyətini bərpa etdi - Açıqlama

Məlum olduğu kimi, bu gündən etibarən Gürcüstanın dövlət və özəl məktəblərində 2020-2021-ci il yeni tədris ili başlayıb. 24News.ge xəbər portalına müsahibə verən Marneuli Resurs Mərkəzinin rəhbəri Kanan Ömərov, rayonda mövcud məktəblərdən danışıb. "Marneuli miqyasında 74 ictimai və iki özəl məktəb fəaliyyət göstərir. Bunların hər birində təhsil prosesi bu gündən bərpa olunub. Panidemiya ilə bağlı ölkənin bütün məktəbləri kimi, Marneuli məktəblərində də Monitorinqlər keçirilib. Deyə bilərəm ki, qeyd olunan məktəblərin hər biri tədris prosesinə tam hazır idilər və bunun üçündə yeni dərs ili məktəblərimizdə uğurla başladı. 2020-2021-ci təhsil ilinin başlamasına qədər bütün məktəblər üçün tövsiyələr hazırlanıb və təhsil müəssisələrinə təqdim olunub. Məktəb rəhbərliyinə onları yerinə yetirmək tapşırığı verilib. Məktəblərin fəaliyyəti bərpa olunanadək aparılan monitorinqi isə Təhsil Nazirliyi, Əmək Müfəttişliyi və Milli Qida Agentliyi həyata keçirib", - deyə K. Ömərov bildirib. Qeyd edək ki, Marneuli Resurs Mərkəzinin rəhbəri Kanan Ömərovdan hazırlanmış daha geniş video müsahibəni axşam saat 22:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989