Haqqımızda Reklam
29 
Sen
2020
19:21
39
9
2590

Samirə Bayramova Cavaxetiyada baş verənlərə münasibət bildirdi: "Hərşeyin bir həddi var"

“Bu çətin vəziyyətdə Gürcüstanda yaşayan hər kəsi, istər etnik azərbaycanlılar istərsə də etnik erməniləri təxribatlara uymamağa çağırıram”. Bu sözləri İnsan Hüquqlarının müdafiəçisi Samirə Bayramova 24News.ge xəbər portalına müsahibə verərkən deyib. S. Bayramova Cavaxetiyada Qarabağa döyüşə getmək üçün siyahıya yazılan ermənilərin bu addımının ölkədaxili qanunlara zidd addım olduğunu bildirib: “Gürcüstanda yaşayan etnik azlıqların əlbəttə öz tarixi və milli vətəni hiss etdiyi dövlətə dəstək etmək haqqı var, lakin hər birşeyin bir həddi var, həmçinin eyni zamanda Gürcüstanın strateji siyasətini və ölkədaxili qanunlarını pozmaq olmaz, çünkü eyni zamanda onlar Gürcüstanın hüquqi vətəndaşıdır", - deyə S. Bayramova bildirib. Qeyd edək ki, İnsan Hüquqlarının müdafiəçisi Samirə Bayramovanın daha geniş video müsahibəsini axşam saat 22:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989