Haqqımızda Reklam
30 
Sen
2020
12:08
9
55
1330

Zaur Darğallı ötən gün baş verənləri şərh etdi: "Şiddət bizim üslubumuz deyil"

“Biz hər cür şiddəti, xüsusilə jurnalistlərə qarşı törədilən şiddəti qınayırıq”. 24News.ge xəbər verir ki, bu sözləri "Gürcü Arzusu"nun Marneuli və Qardabani üzrə majoritar namizədi Zaur Darğallı deyib. Onun sözlərinə görə, təxribat və şiddət hakim komandanın marağında deyil: "Biz hər cür şiddəti, xüsusilə jurnalistlərə qarşı törədilən şiddəti qınayırıq, bu qəbuledilməzdir, amma bunun necə baş verdiyinə dair məlumatım yoxdur. Bir mübahisə zamanı meydana gələn bir mövzudur. Bununla əlaqədar müvafiq istintaq başladıldı. Təxribat və şiddət heç bir şəkildə bizə xeyir etmir, bu bizim tərzimiz deyil, mənfəətimizə uyğun deyil”. O həmçinin baş verən hadisələrdə "Vahid Milli Hərəkat" partiyasını günahlandırır: "Vahid Milli Hərəkatın təxribatları səhərdən başlayıb. Axşam isə təxribatları, Gürcü Arzusu ofisinin qarşısında davam etdi, burada Vahid Milli Hərəkat üzvləri aktivistlərimizə qarşı nalayiq sözlər işlədiblər. Bu fonda qarşılıqlı mübahisə, dava, fiziki qarşıdurma baş verib. Bu seçkidə qalib gəldiyimiz üçün heç bir şəkildə təxribat bizə əl vermir. Fəal seçki kampaniyamızı hər gün davam etdiririk, amma hər zaman olduğu kimi, bütün seçkilərdə olduğu kimi, "Vahid Milli Hərəkat" da öz təxribatçı hərəkətlərini davam edir", - deyə Z. Darğallı bildirib. Xatırladaq ki, dünən Marneulidə Gürcü Arzusu ilə Vahid Milli Hərəkat fəalları arasında qarşıdurma baş verib. VMH-nın 2 nəfər üzvü ağır xəsarət görüb. Qarşıdurma zamanı, Mtavari Arkhi kanalının və Birinci Kanalın jurnalistlərinə və İctimai Platform 2020-nin nəzarətçisinə də fiziki xəsarət yetirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989