Haqqımızda Reklam
30 
Sen
2020
13:52
32
11
1947

Ötən axşam Marneulidə döyülən jurnalist Ceyhun Muhammədəlinin son vəziyyəti və hadisənin şərhi...

“Sağlıq durumum dünənki ilə müqaisədə stabildir, sadəcə baş və qarın nayihəmdə ağrı hiss edirəm”. Bu sözləri, dünən bir neçə şəxs tərəfindən döyülən "Mtavari Arkhi" kanalının jurnalisti Ceyhun Muhəmmədəli 24News.ge xəbər portalına müsahibə verərkən deyib. O dünən müxalifət üzvlərinə qarşı edilən hücumdan sonra, Gürcü Arzusunun seçki qərargahına gedərək Amiran Giorgadzedən və Zaur Darğallıdan olanlarla bağlı müsahibə almaq istədiyini, lakin ona bu zaman hücum olunduğunu bildirir: “Dünən müxalifətin üzvlərinə qarşı hücumdan sonra, mən Gürcü Arzusunun ştabına gedib, orada Amiran Giorgadzedən və Zaur Darğallıdan baş verənlərlə bağlı müsahibə almaq istəyirdim, ştabın qarşısında çoxlu sayda insanlar vardı, onlar mənə nifrət gözü ilə baxırdılar və mən içlərindən keçərək ştaba getmək istədim, pilləkanla qalxıb ştaba girmək istəyəndə bu an o insanlar bizə tərəf gələrək bizə “hara çıxırsan”, “kameranı qıracayam, rədd ol burdan” və sair sözlər işlətdilər və kameraya əl-ayaq atdılar, mən birinin əlini tutdum ki, kameraya toxunmasın və bu an başıma arxadan 6-7 zərbə endirdilər və mən yerə yıxıldım, onlar məni yerdə də vurdular, mən birtəhər əllərindən qaçdım və biraz getdikdən sonra huşumu itirərək və yerə yıxıldım” Muhəmmədəli həmçinin, qeyd edir ki, ona qarşı fiziki təsir göstərənlər Gürcü Arzusunun aktivistləri, Zaur Darğallının adamları idi: “Mənə fiziki təsir göstərənlərin kimliyi 2 dəfə 2-nin dörd etdiyi qədər bəllidir, təbii ki, onlar Gürcü Arzusunun aktivistləri, Zaur Darğallının adamları idi. Bu fiziki təzyiq bir tək mənə qarşı deyil, həm də mənim operatorum və stajyorumuza qarşı da oldu, ancaq əsas hədəfdə mən idim, ən azı 10 nəfər məni döyürdü. Əgər Zaur Darğallının bu işdə tapşırığı yoxdursa, onda bu insanların kimliyini üzərə çıxarsın, və yaxudda onların yerinə üzr istəsin və yaxudda bu məsuliyyəti öz üzərinə götürsün, əgər bunları etməyəcəksə onda bu işdə biləvasitə Darğallının əli olduğu aydın olar”,-deyə Muhəmmədəli bildirib. Xatırladaq ki, dünən gecə saatlarında Marneulidə, Gürcü Arzusunun seçki qərargahının qarşısında Mtavari Arxi kanalının jurnalistlərinə qarşı hücum olub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989