Haqqımızda Reklam
30 
Sen
2020
19:45
47
7
1376

“Media - Club” təşkilatı "Gürcü Arzusu"nu Amiran Giorgadzeni istefaya göndərməyə çağırır

“Media - Club” təşkilatı Gürcü Arzusunu Marneulidəki qarşıdurmaya görə siyasi məsuliyyəti öz üzərinə götürməyə və Marneulinin Rayon Şurasının sədri, Amiran Giorgadzeni istefaya göndərməyə çağırır. 24News.ge xəbər verir ki, təşkilat, Rayon Şurasının sədri Amiran Giorgadzenin vəzifəsindən azad edilməsinin tələbində, qurbanların - Giorgi Mumladze və Laşa Kveladzenin ifadələrinə əsaslanır. Təşkilat bu istefanın digər dövlət məmurları üçün bir nümunə olacağını və öz növbəsində seçkilərin ədalətli və dinc bir mühitdə keçirilməsinə əhəmiyyətli qatqı təmin edəcəyini bildirir: “Qurbanlardan biri olan Vahid Millət Hərəkatın nümayəndəsi Laşa Kveladzenin dediyinə görə, Giorgadze və ətrafı tərəfindən ona və atasına fiziki təcavüz edilmişdir. Hər ikisi də ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həmçinin, 'Vətəndaş Platforması 2020'-nin müşahidəçi nümayəndəsi Giorgi Mumladze də ona fiziki təsir göstərən olaraq Giorgadzeni günahlandırır. Əldə etdiyimiz məlumata görə, seçkiöncəsi təşviqat dövründə Amiran Giorgadzenin inzibati resurslardan istifadə etməsi də bir neçə dəfə qeydə alınıb. Gürcü Arzusunu dərhal, Amiran Giorgadzeni Bələdiyyə Şurasının çoxunluğu vasitəsi ilə, Marneulinin Bələdiyyə Şurasının sədrliyindən istefaya göndərməyə çağırırıq. Bu seçki kampaniyası dövründə siyasi rəqiblərə qarşı şiddət və qanunsuz hərəkətlərin qarşısını almaq bütün məmurlar üçün əhəmiyyətli bir presedent olacaq və bu da öz növbəsində seçkilərin ədalətli və dinc bir mühitdə keçirilməsinə əhəmiyyətli qatqı təmin edəcək", - deyə təşkilatın bəyanatında qeyd olunub. Xatırladaq ki, dünən Marneulidə Gürcü Arzusu ilə Vahid Milli Hərəkat fəalları arasında qarşıdurma baş verib. VMH-nın 2 nəfər üzvü ağır xəsarət alıb. Qarşıdurma zamanı, Mtavari Arkhi kanalının və Birinci Kanalın jurnalistlərinə və Vətəndaş Platformu 2020-nin nəzarətçisinə də fiziki xəsarət yetirilib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989