Haqqımızda Reklam
01 
Okt
2020
13:35
30
7
1598

Marneuli meryası qarşısında etiraz aksiyası keçirildi (FOTO)

Marneuli Meryası qarşısında etiraz aksiyası keçirilib. 24News.ge xəbər verir ki, aksiyanı Avropalı Gürcüstan partiyasının Marneuli qərargahının üzvləri keçirib. Etirazçılar Marneuli Bələdiyyə Şurasının sədri Amiran Giorqadzenin istefasını tələb ediblər. Onlar buna səbəb olaraq, ötən gün Marneulidə müxalifət tərəfdarlarına, jurnalistlərə və QHT-üzvlərinə qarşı baş tutan hücum zamanı, Amiran Giorqadzenin orada olmasını və dolayı yolla bu insidentdə iştirak etməsini bildirirlər. Aksiya iştirakçıları həmçinin, baş verən insidentdə iştirak edən və vəzifədə olan digər şəxslərin də vəzifədən kənarlaşdırılmalarını tələb ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989