Haqqımızda Reklam
01 
Okt
2020
16:16
5
39
1647

Gürcüstanda gələn ilin büdcəsi azaldıldı

2021-ci ilin büdcə layihəsi ölkə parlamentinə təqdim olunub. 24News.ge xəbər verir ki, Büdcə Məcəlləsinə əsasən, büdcə gəlirləri 2020-ci ilə nisbətən 3,6 milyard lari azalaraq, ümumilikdə 14,7 milyard lari olacaq. Buna səbəb olaraq isə, Covid-19 pandemiyasına görə, hökumətin iyun ayında 2020 dövlət büdcəsində dəyişikliklər edərək və yeni xarici öhdəliklər nəzərə alınmaqla büdcə gəlirlərini 14,5 milyard laridən 18,4 milyard lariyə yüksəltməsidir. Ödənişlərə gəlincə, bu hissədəki büdcə 1,1 milyard lari artaraq ümumilikdə 17 milyard lariyə çatacaq. Gələn ilin büdcə gəlirləri isə cari ilə nisbətən bir milyard lari çox olacaq və ümumilikdə 11,2 milyard lari olacaq. Xərclər 994 milyon lari azalaraq 11 563 milyard lariyə düşəcək. Ayrıca, 2021 büdcəsində borcların böyümə sürəti də azalır. Layihəyə görə, növbəti il götürüləcək xarici borclar 3,1 milyard lari olacaq (bu il səkkiz milyard lari olub), daxili borcları isə hökumət bir milyard lari artıracaq.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989