Haqqımızda Reklam
01 
Okt
2020
17:00
6
42
2011

"Gürcü Arzusu" partiyasının proporsiyonal siyahısında etnik azərbaycanlı və etnik ermənilərin sayı bəlli olub

"Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının proporsiyonal siyahısında etnik azərbaycanlı və etnik ermənilərin sayı bəlli olub. 24News.ge xəbər verir ki, siyahıda ümumilikdə 2 azərbaycanlı və 2 erməni yer alıb. "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının proporsiyonal siyahısında Qardabanidən olan Savalan Mirzəyev 35-ci, Ninocmindadan olan Sumbat Kiureğian 37-ci, Marneulidən olan Zaur Darğallı 127-ci, Axalkalakidən olan Samvel Manukyan isə 134-cü yerdə qərarlaşıb. Qeyd edək ki, Zaur Darğallı və Samvel Manukyan həm də "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının majoritar namizədidir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989