Haqqımızda Reklam
01 
Okt
2020
19:48
7
113
3453

Tbilisidə ermənilər separatçı rejimə dəstək, Saakaşvilinin bəyanatına isə etiraz aksiyası keçirdilər (FOTO)

Gürcüstanda yaşayan etnik ermənilər, Separatçı rejimə dəstək və Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Qarabağla bağlı açıqladığı bəyanatına isə etiraz aksiyası keçiriblər. 24News.ge xəbər verir ki, aksiya "Mtavari Arxi" kanalının qarşısında baş tutub. Məlumata görə, aksiyada iştirak edən təqribi 300 nəfər nümayişçi, Ermənistan və Gürcüstan bayraqları ilə "Utanc" və "Qarabağ" həmçinin separatçı rejimə dəstək şuarları səsləndiriblər. Etirazçılar təqribi olaraq yarım saata yaxın Çubinaşvili küçəsini bağlayıblar. Aksiya insidentsiz başa çatıb. Xatırladaq ki, bir neçə gün bundan öncə Saakaşvili; "Dağlıq Qarabağ Azərbaycanın süveren ərazisidir və bunu heç nə dəyişə bilməz", - deyə açıqlama vermişdir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989