Haqqımızda Reklam
01 
Okt
2020
21:11
38
2
1003

Çavuşoğlu və Lavrov Qarabağı müzakirə ediblər

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub. 24News.ge TASS-a istinadən xəbər verir ki, nazirlər Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Məlumata görə, S.Lavrov və M.Çavuşoğlu başqa bölgələrdən olan yaraqlıların Dağlıq Qarabağdakı münaqişəyə müdaxilə etməsinin yolverilməz olduğunu vurğulayıblar. Qeyd olunub ki, Rusiyanın XİN başçısı həmkarı ilə danışıq zamanı ATƏT-in Minsk qrupu sədrlərinin Dağlıq Qarabağla bağlı səylərinə diqqət çəkib. Nazirlər Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün fəaliyyətləri koordinasiya etməyə hazır olduqlarını bildiriblər.

www.24news.ge