Haqqımızda Reklam
15 
Okt
2020
15:43
64
42
6381

Baş nazir məktəb və universitetlərin fəaliyyəti barədə açıqlama verdi

"Biz bir qərar verdik və planımıza görə, ali təhsil məktəbləri oktyabrın 19-dan etibarən davam etməlidir və bu qərar qüvvədə qalır". 24News.ge xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria açıqlama verib. Baş nazir ali təhsil müəssisələrinin mümkün olduğu yerlərdə məsafədən təhsil almağı tövsiyə edəcəyini bildirib: "Uyğunlaşma və virus idarəçiliyi dedikdə hamımız anlamalıyıq ki, məktəb, uşaq bağçası və ali təhsil kimi vətəndaşlarımızın təməl ehtiyacları məhdud olmamalıdır. Bu sahələri, xüsusən təhsili qorumaq üçün əlimizdən gələni edəcəyik. Təhsil Nazirliyi həm məktəblərdə, həm də universitetlərdə ən yüksək səviyyədə təhlükəsizlik standartlarını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirir", - deyə baş nazir bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989