Haqqımızda Reklam
17 
Okt
2020
11:50
10
56
847

Parlament sədri "VMH" partiyasını Batumidə aksiya ilə virus yaymaqda ittiham etdi

“Vahid Milli Hərəkat partiyası təhlükəsizlik qaydalarına riayət etmədən vətəndaşları Batumiyə topladı, bu ölkəyə və cəmiyyətə qarşı həyata keçirilən bir hərəkətdir”. 24News.ge xəbər verir ki, bu sözləri parlament sədri Arçil Talakvadze şəxsi Facebook hesabında qeyd edib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq yaxın iki həftə ərzində Acarıstanda həkimlər və tibbi xidmətlər daha da səfərbər edilməli olacaq: "Səhiyyə işçilərinin gərgin əməyi nəticəsində Acarıstandakı Covid 19 hadisələrini sabitləşdirdiyimiz zaman, Vahid Milli Hərəkat təhlükəsizlik qaydalarına riayət etmədən Batumidə vətəndaşları bir araya topladı. Bu, ölkəyə və cəmiyyətə qarşı edilmiş bir hərəkətdir! Xüsusilə yaxın iki həftə ərzində Acarıstanda (və digər bölgələrdə, ehtimal ki, əhalinin bir hissəsi digər bələdiyyələrdən gətirilmişdi) böyük ehtimalla həkimlər və tibbi xidmətlərin daha da səfərbər edilməsi, səylərin ikiqat artırılması lazım olacaq - bu tibb işçilərinə isə hal hazırda ölkə daxilində digər vətəndaşların ehtiyacı var. Bu partiyanın davranışı göstərir ki, insanlar onlar üçün sıfır dəyərindədir və intiqam almaq üçün öz tərəfdarlarını qurban verəcəklər. Buna görə də insanlara vəd etdikləri yalandır”, - deyə Talakvadze qeyd edib. Qeyd edək ki, ötən axşam Batumidə "Vahid Milli Hərəkat"ın tərəfdarları küçələrdə yürüş edib və daha sonra bulvara toplaşaraq orada aksiya keçiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989