Haqqımızda Reklam
18 
Okt
2020
13:31
127
5
2133

Gürcüstan azərbaycanlıları Gəncə terroruna etiraz etdilər (FOTO)

Paytaxt Tbilisidə parlament qarşısında, Gəncə terrorlarının qurbanlarının xatirəsinə həsr olunan aksiya keçirilib. 24News.ge xəbər verir ki, aksiya iştirakçıları Ermənistan tərəfindən Gəncə şəhərinə endirilən raket hücumları zamanı həlak olanların və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Aksiya iştirakçıları Ermənistanın dinc insanlara qarşı həyata keçirdiyi terror addımlarını kəskin şəkildə qınayıblar. Aksiyada Gürcüstan və Azərbaycanın ərazi bütövlüklərinə dəstək şüarları səsləndirilib. Pandemiya ilə əlaqədar tövsiyyələri nəzərə alan aksiya iştirakçıları sosial məsafəni qoruyublar.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989