Haqqımızda Reklam
19 
Okt
2020
20:25
60
13
2057

Əhməd İmamquliyev Marneulinin mərkəzi stadionunun qapısına dəsmal bağlayıb niyyət etdi...

Bu gün "Avropalı Gürcüstan" partiyasının Marneuli və Qardabani üzrə majoritar namizədi Əhməd İmamquliyev, Marneulinin mərkəzi stadionunun qapısına dəsmal bağlayıb və istehza ilə niyyət edib. 24News.ge xəbər portalına müsahibə verən Ə. İmamquliyev deyib ki, bu addımı atmaqda onun əsas məqsədi hakim partiyanı tənqid etmək olub. O bildirib ki, "Gürcü Arzusu"nun nümayəndələri hər seçki öncəsi Marneuli mərkəzi stadionunun təmiri ilə bağlı xalqa vəd versələ də, lakin yerinə yetirmirlər. İmamquliyev həmçinin stadionun təmiri üçün büdcədən 6 milyon lari ayrıldığını və stadionun təmir bərpa işlərinin 2019-2020-ci ildə qurtarmalı olduğunu, lakin artıq oktyabr olmasına baxmayaraq heç bir iş görülmədiyini deyib. Qeyd edək ki, Ə. İmamquliyevin stadionun qapısına dəsmal bağlaması ilə bağlı daha geniş video müsahibəni axşam saat 22:00-da xəbər portalımızda yayımlanan "Xəbər Vaxtı" informasia buraxlışında izləyə bilərsiniz.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989