Haqqımızda Reklam
20 
Okt
2020
15:11
91
3
1812

SOCAR Şirkəti Qabal kəndində uşaq bağçası inşa edir (FOTO)

SOCAR Laqodexi rayonunun Qabal kəndində yeni uşaq bağçası tikəcək. 24News.ge xəbər verir ki, bu gün bağçanın təməli qoyulub. Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kaxetinin qubernatoru İrakli Şioşvili, Laqodexi rayonunun meri Condo Mdivnişvili və digər rəsmi şəxslər iştirak ediblər. R.Abdullayev Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb, yeni uşaq bağçasının inşasının məhz həmin qayğının nəticəsi olduğunu bildirib. O deyib ki, Azərbaycan Prezidenti Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifah halının yaxşılaşdırılması, onların sosial problemlərinin həlli ilə bağlı SOCAR qarşısında vəzifə qoyub. SOCAR Gürcüstan iqtisadiyyatına 1 milyard 300 milyon dollara yaxın investisiya qoyub. Rövnəq Abdullayev deyib ki, Gürcüstan əhalisinin 80 faizə yaxını təbii qaz alır. Gürcüstanda yaşayan soydaşlarımızın yaşadıqları bölgələrin böyük hissəsi qazlaşdırılıb. SOCAR-ın sərmayəsi əsasında Gürcüstanda çoxlu sayda məktəb, uşaq bağçası, mədəniyyət evi və idman kompleksi tikilərək istifadəyə verilib. Qabal kəndindən sonra digər bölgələrdə də sosial obyektlər tikiləcək, layihələr həyata keçiriləcək deyə Abdullayev bildirib. Sonra qubernator İrakli Şioşvili, kənd ağsaqqalı Camal Niyazov və başqaları çıxış edərək Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə göstərilən diqqət və qayğıya görə minnətdarliq ediblər. Çıxış edənlər Azərbaycan dövlətinin haqq işini, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Qeyd edək ki, 1242 kvadratmetr ərazidə inşa olunan uşaq bağçasında 100 uşaq 4 seksiyada tərbiyə alacaq. Müəssisə bütün lazımi avadanlıqla təmin olunacaq. Obyektin 8 aya təhvil verilməsi nəzərdə tutulub.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989