Haqqımızda Reklam
22 
Okt
2020
15:00
18
21
2547

Baş nazir Zuqdidi şəhərində baş verən soyğunçuluq hadisəsinə münasibət bildirdi

“Bizim üçün ilkin vəzifə vətəndaşlarımızın və girovların həyatının və sağlamlığının təhlükə altında qalmamasıdır”. 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir Giorgi Qaxaria Zuqdididə baş verən soyğun hadisəsi barəsində danışarkən deyib. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi və hüquq-mühafizə sisteminin bu günkü əsas vəzifəsi cinayətin icraçısını ən qısa müddətdə həbs etməkdir: “Dünən Zuqdididəki çətin vəziyyət itki vermədən sona çatdı. Əlbətdə bizim üçün ilkin vəzifə vətəndaşlarımızın və girovların həyatının və sağlamlığının təhlükə altında qalmamasıdır. Hər kəs başa düşməlidir ki, Daxili İşlər Nazirliyi və hüquq-mühafizə sisteminin bu günkü əsas vəzifəsi cinayətin icraçısını ən qısa müddətdə həbs etməkdir. Bu əsas vəzifədir və hal hazırda əməliyyat-istintaq hərəkətləri aparılır və təbii ki, bu Daxili İşlər Nazirliyi tərəfindən yerinə yetirilməli olan əsas vəzifədir. Bu məqsədə çatmaq üçün DİN sahib olduğu bütün qanuni vasitələrdən, hüquqlardan və imkanlardan istifadə etəmlidir ki, belə bir cinayətin törədicilərində günahsızlıq və cəzasızlıq hissi yaranmasın. Bu, Daxili İşlər Nazirliyinin üzərində çalışdığı əsas vəzifədir və son nəticə əldə edilənə qədər bu işi davam etdirməlidir", - deyə Qaxaria bildirib. Məlumat üçün qeyd edək ki, dünən, saat 15:00-radələrində Zuqdidi şəhərində "Gürcüstan Bankı"nın ofisi soyğunçu tərəfindən qarət edilib və o ümumilikdə 43 nəfəri girov götürmüşdür. Daha sonra, polislə uzunmüddətli danışıqlar nəticəsində onları azad etmək mümkün oldu.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989