Haqqımızda Reklam
24 
Okt
2020
11:08
284
5
2395

Saakaşvilidən açıqlama: "İvanişvili saxtakarlığa, xalq isə böyük qələbəyə hazırlaşır"

"İvanişvili böyük saxtakarlığa, gürcü xalqı isə böyük qələbəyə hazırlaşır. Söhbət partiyalardan deyil, Gürcüstanın mövcud olub-olmamasından gedir". 24News.ge xəbər verir ki, bu sözləri eks prezident, Mixeil Saakaşvili ölkədə baş verən hadisələri şərh edərkən deyib. "Böyük milli dalğa yaxınlaşır. Bu quruculuq dalğasıdır. İndi ölkədə hər şey dağılıb, ölkənin inkişafı dayanıb. Bunların hamısı 8 illik fəaliyyətsizliyin simvoludur. Bu günkü vəziyyətə düşdüyümüzə görə, sizdən üzr istəmək istəyirəm. Çünkü mən bu məsələdə özümün cavabdehliyimi də hiss edirəm. 8 ildə itirdiyimizi 2 il ərzində bərpa etməliyik. Əlbəttə ki, onlar hər növ fəndlər üçün hazırlaşırlar. İvanişvili böyük saxtakarlığa, gürcü xalqı isə böyük qələbəyə hazırlaşır", - deyə Saakaşvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989