Haqqımızda Reklam
24 
Okt
2020
11:15
11
29
1642

Calqa rayonunda əcnəbi sahibkar ailəni soydular...

Sosial şəbəkə istifadəçisi David Kiziria Calka rayonunda yaşayan Yeni Zelandiyalı ailənin qarət olunduğunu bildirir. 24News.ge xəbər verir ki, o artıq Daxili İşlər Nazirliyinin xəbərdar olunduğunu deyib. David Kizirianın sözlərinə görə, həmin ailə Calkada bir neçə ildir yaşayır və buraya sərmayə qoyublar. Kizirianın sosial şəbəkədə yazdığı postu sizə təqdim edirik: “Bir neçə ildir Calka rayonunda Yeni Zelandiyalı ailə yaşayır. Onlar burada ferma qurdular, otel tikdilər - bir sözlə, buraya sərmayə qoydular və böyük planlar qurdular... Təxminən saat yarım əvvəl, bildiyimqədər qadın və uşaq döyülərək qarət edilib və maşından telefonlar və pullar götürülüb ... Bir sözlə, çox pis xəbərdir və vaxtında müdaxilə edilməlidir! P.S. Yeganə yol bu məsələnin maksimum şəkildə yayılması və cinayətə qarşı xalqın birləşdirilməsidir - başqa yol görmürəm. Artıq Daxili İşlər Nazirliyinə məlumat verilib”, - deyə sosial şəbəkədə Kiziria qeyd edib. Qeyd edək ki, faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 179-cu bəndi əsasında istintaq başladıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989