Haqqımızda Reklam
24 
Okt
2020
12:36
52
15
5307

Əcnəbilərin Gürcüstana giriş qaydaları dəyişib

Xarici vətəndaşların Gürcüstana giriş qaydaları dəyişdirilib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, əcnəbilər sərhəddə son 72 saat ərzində aparılan PCR testinin nəticəsini əks etdirən arayış təqdim etməlidir. Bundan sonra onlar 8 günlük özünütəcrid rejiminə keçməlidirlər. Gürcüstana səfər edən əcnəbinin tələb olunan arayışı olmayacaqsa, o, karantinə alınacaq. Bu qayda Gürcüstanda yaşayış izni olan xarici ölkə vətəndaşlarına da şamil olunur. Yeni qaydalar İspaniya, Lüksemburq, Hollandiya, Portuqaliya, Rumıniya, Yunanıstan, İsveç, Xorvatiya, İtaliya, Kipr, Sloveniya, İslandiya kimi ölkələrə aiddir. Gürcüstanda təhsil alan əcnəbi tələbələr ölkəyə qayıdarkən mütləq qaydada koronavirusla bağlı arayış təqdim etməli və 12 günlük karantində olmalıdırlar. Ölkəyə səfər edən diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatların təmsilçiləri üçün istisnalar var. Belə ki, bu şəxslər sərhəddə yalnız testin nəticəsini təqdim etməli olacaqlar. (Report)

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989