Haqqımızda Reklam
24 
Okt
2020
13:05
61
5
2389

Zuqdididə soyğunçuluq edən şəxslər həbs olundu (VİDEO)

Ötən gün Zuqdidi Bələdiyyəsində yanacaqdoldurma məntəqəsini soyan və bir avtomobili qaçıran iki nəfər şəxs saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, 1997-ci il təvəllüdlü X.S. və 1998-ci il təvəllüdlü M.B. dəstə soyğunçuluğu və odlu silahların qanunsuz alqı-satqı-saxlama ittihamı ilə saxlanılıb: Oktyabrın 23-də Zuqdidi Bələdiyyəsinin İnqiri kəndində təqsirləndirilən şəxslər, yanacaqdoldurma məntəqəsinin operatoruna hücum edib, fiziki zorakılıqla pul qaçırdıqları təsdiq olunub, eyni zamanda soyğunçular operatoru öldürməklə hədələdikləri də məlum olub. Əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanları təqsirləndirilənləri cinayət törətdikdən bir müddət sonra Tbilisidə saxlayıblar. Polis oğurlanan pulun bir hissəsini sübut kimi ələ keçirib. Faktla bağlı, Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin "b" bəndi və 236-cı maddəsinin 3-cü və 4-cü bəndləri ilə cinayət işi açılıb, saxlanılan şəxsləri 6 ildən 9 ilədək həbs cəzası gözləyir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989