Haqqımızda Reklam
24 
Okt
2020
16:14
108
2
1032

Erməni terroru nəticəsində Gəncədə həlak olanların xatirəsi Batumidə ehtiramla anılıb (FOTO)

Ermənistan silahlı birləşmələrinin Gəncə şəhərini və dinc əhalini atəşə tutması nəticəsində həlak olanların xatirəsi Batumidə də ehtiramla yad olunub. 24News.ge xəbər verir ki, oktyabrın 22-də Azərbaycanın bu şəhərdəki baş konsulluğunun inzibati binasının önündə Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-i və 17-də gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin və uşaqların xatirəsinə həsr edilmiş stend quraşdırılıb. Tədbirdə Azərbaycanın Batumidəki baş konsulluğunun əməkdaşları, Türkiyənin baş konsulu və konsulluğunun üzvləri, İranın baş konsulu, SOCAR-ın Gürcüstan nümayəndəliyinin, Poti limanının Kulevi terminalının nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin və “Əli və Nino adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin üzvləri, Batumidə yaşayan vətəndaşlarımız və soydaşlarımız və yerli sakinlər iştirak ediblər. Tədbir iştirakçılarına Ermənistan silahlı qüvvələrinin Gəncənin raket atəşinə tutması nəticəsində həlak olan dinc sakinlərin və uşaqların faciəsinin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olduğu bildirilib, oktyabrın 10-da humanitar atəşkəslə bağlı razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri onu kobud şəkildə pozduğu barədə məlumat verilib. Gün ərzində Batumi şəhərində yaşayan vətəndaşlarımız, eləcə də yerli sakinlər konsulluğun binası qarşısına gələrək, guşənin önünə gül dəstələri düzüb, həlak olanların xatirəsinə dərin ehtiramlarını bildirib, xalqımızla həmrəylik nümayiş etdiriblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989