Haqqımızda Reklam
24 
Okt
2020
16:12
51
58
7670

Baş nazir vətəndaşlara verilə biləcək yardım paketindən danışdı

“İkinci dalğa ərəfəsində həm biznes, həm də sosial dəstək paketində hədəfimizi seçmək son dərəcə vacib olacaq”. 24News.ge xəbər verir ki, bu sözləri Baş nazir Giorgi Qaxaria, biznes sektorunun nümayəndələri ilə keçirdiyi görüş zamanı deyib. Onun sözlərinə görə, həm biznesə, həm də vətəndaşlara dəstək üçün sosial dəstək paketləri üzərində iş başlanılıb: “Dövlət resursu vətəndaşları və biznesi dəstəkləmək üçün kifayət qədər məhduddur, bunu hamımız başa düşürük, buna görə də ikinci dalğa ərəfəsində həm biznes, həm də sosial dəstək paketində hədəfimizi seçmək son dərəcə vacib olacaq. Məqsədyönlü biznes dəstəyi kontekstində ən çox təsirlənən sahələrdən biri kimi otel sahiblərinə xüsusi diqqət ayrılacaq”, - deyə Baş nazir bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989