Haqqımızda Reklam
18 
Nybr
2020
19:44
27
20
1835

Mayk Pompeo Gürcüstanda keçirilən seçkiləri müzakirə etdiyini açıqladı

ABŞ dövlət katibi, Mayk Pompeo Gürcüstana səfəri ilə bağlı "Twitter" hesabında paylaşım edib. 24News.ge xəbər verir ki, Pompeo səfər çərçivəsində Gürcüstanın dövlət rəsmiləri ilə azad və ədalətli seçkilərin keçirilməsinin önəmindən danışdığını bildirib. "Həmkarlarımla məhsuldar söhbətim oldu. Bizim güclü ikitərəfli əlaqələrimiz, ortaq dəyərlərimiz və Gürcüstanın ərazi bütövlüyünə sadiqliyimiz üzərində qurulub. Baş nazir Giorgi Qaxaria və xarici işlər naziri Davit Zalkaniani ilə yaxşı görüşümüz oldu. Gürcüstanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinin önəmi barədə fikir mübadiləsi apardıq. ABŞ-ın Rusiyanın işğal şərtləri altında bir daha Gürcüstanın süverenliyinə dəstəyini bildirdim", - deyə Mayk Pompeo bildirib. Qeyd edək ki, ABŞ dövlət katibinin Gürcüstana rəsmi səfəri dünən axşam saatlarından başlayıb və bu gün sona çatıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989