Haqqımızda Reklam
20 
Nybr
2020
14:25
42
12
7355

Hökumət karantin və ya ölkə üzrə məhdudiyyətləri yenidən müzakirə etdi

Bu gün, koronavirusla əlaqədar Koordinasiya Şurası növbəti iclasını keçirib. 24News.ge xəbər verir ki, iclas baş nazirin iştirakı ilə video-konfrans formatında baş tutub. İclasda ölkədəki son epidemoloji vəziyyət müzakirə olunub. İclas zamanı qeyd edilib ki, ölkədə panidemiyanın artması ilə bağlı bəzi lokal məhdudiyyətlər qüvvədədir və növbəti strategiya planı müzakirə edilir. Görüşdə şura üzvləri ümumi ölkə üzrə karantin və ya hər hansı bağlanma olmuyacağını qeyd etsələr də, lakin nöqtə və bəzi sahələrdə məhdudiyyətlərin tətbiqinin qaçınılmaz olduğunu bildiriblər. Şura üzvləri maska taxmağın və sosial məsafənin qüvvədə saxlanılmasının və ciddi nəzarətin önəmini bir daha qeyd ediblər.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989