Haqqımızda Reklam
23 
Nybr
2020
11:16
17
4
3554

Gürcüstanda Ədliyyə Evlərinin fəaliyyət günləri dəyişdirildi

Ölkə üzrə Ədliyyə Evləri artıq şənbə və bazar günləri işləməyəcək. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Xidmətinin İnkişaf Agentliyi məlumat yayıb. Agentlikdən verilən məlumata görə, iş qrafikinin dəyişməsinin səbəbi, koronavirusun yayılmasının qarşısını almaqdır. Agentlik həmçinin, Tbilisi, Kutaisi və Batumidə saat 22:00-dan sonra hərəkətin məhdudlaşdırılması səbəbindən həmin şəhərlərin Ədliyyə Evlərinin saat 09:00-dan 21:00-dək müştərilərə xidmət göstərəcəyini də bildirir. Xatırladaq ki, bu ilin 5 May tarixindən etibarən Ədliyyə Evləri həftənin bütün günləri də işləyirdi. Qeyd edək ki, həmin tarixdən etibarən Ədliyyə Evləri vətəndaşları əvvəlcədən qeydiyyatla qəbul edir və bu xidmət yenə də davam edəcək. Qeydiyyat üçün bu veb saytdan istifadə etməlisiz: https://www.my.gov.ge/az/services/10/visit-reservation/reservation/271

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989