Haqqımızda Reklam
25 
Nybr
2020
12:00
18
7
3867

Baş nazir vətəndaşlara və özəl sektora ediləcək sosial yardımla bağlı iclas keçirdi

Bu gün Baş nazir Giorgi Qaxaria hökumətin iqtisadi komandası və Səhiyyə Naziri ilə Covid-19 qlobal pandemiyasının ikinci dalğası və iqtisadi böhran kontekstində sosial yardım və özəl sektora dəstək tədbirləri paketi üçün məsləhətəşmə görüşü keçirib. 24News.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən görüşdə əhalinin köməyə ehtiyacı olduğu vurğulanıb. Görüş zamanı hökumət nümayəndələri fəal şəkildə vətəndaşlar üçün sosial yardım paketi üzərində işlərin aparıldığını qeyd ediblər. İclas zamanı həmçinin yaxın gələcəkdə sərtləşdiriləcək və genişləndiriləcək nöqtə məhdudiyyətlər fonunda hökumətin yardım paketi hazırlamasının vacib bir vəzifəsi olduğu da qeyd olunub. Görüşdə hökumətin əsas vəzifələrinin infeksiyanın artmasını yavaşlatmaq və vətəndaşların sağlamlığına qayğı göstərmək, həmçinin qlobal böhranın iqtisadiyyata təsirini minimuma endirmək üçün iş yerlərini qorumaq olduğu bir daha vurğulanıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989