Haqqımızda Reklam
26 
Nybr
2020
10:27
13
21
5867

Gürcüstanda tətbiq olunacaq əlavə məhdudiyyətlər barədə yeni məlumatlar...

Koronavirus pandemiyası səbəbindən tətbiq olunacaq əlavə məhdudiyyətlər bu gün ictimaiyyətə açıqlanacaq. 24News.ge xəbər verir ki, bu barədə ötən gün Səhiyyə naziri Ekaterine Tikaradze Koordinasiya Şurasının iclasından sonra açıqlama verib. Nazir açıqlamasında məhdudiyyətlərin tətbiq oluna biləcəyi formatın iki versiyası olduğunu bildirmişdir. Qeyri rəsmi məlumatlara görə isə hökumət 28 noyabrda qüvvəyə minəcək məhdudiyyətləri genişləndirməyi planlaşdırır. Məlumata əsasən 28 noyabrdan 24 dekabr tarixlərində ölkədə ciddi məhdudiyyətlər tətbiq olunacaq. Məlumata görə, dekabr ayının sonundan yanvar ayının əvvəlinə Milad-Yeni il səbəbiylə məhdudiyyətlərin qaldırılması planlaşdırılır, ancaq yanvar ayında yenidən ölkə sərt məhdudiyyətlər rejiminə qayıdacaq. Qeyri-rəsmi məlumatlara görə, onlayn alış-verişə icazə verilsə də, ərzaq mağazaları istisna olmaqla hər cür mağazanın fəaliyyətinin qadağan ediləcəyi gözlənilir. Məhdudiyyətlər ictimai nəqliyyatda da tətbiq olunur. Mövcud məlumatlara görə, güman ki, idman zalları da qadağan ediləcək, lakin salonlar işləyəcək. Bundan əlavə, yayılan xəbərlərə görə, hərəkətə tətbiq olunan məhdudiyyət (Komendant saatı) saat 21: 00-dan etibarən qüvvəyə minəcək. Qeyd edək ki, hökumətin verəcəyi konkret məhdudiyyətlərlə bağlı bu gün açıqlama olacağı gözlənilir, hələlik bu məlumatlar rəsmi olmadığı üçün heç bir hüquqi qüvvəsi yoxdur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989