Haqqımızda Reklam
26 
Nybr
2020
10:51
4
23
1043

Müxalifətin tələb etdiyi təkrar seçkilərlə bağlı Kaladzedən açıqlama gəldi

"Təkrar seçkilərin keçirilməsi üçün heç bir əsas yoxdur". 24News.ge xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze deyib. O deyib ki, müxalifət konkret məntəqələrdə səslərin saxtalaşdırılmasından danışanda yalan danışır. Kaladze həmçinin 1 500-ə qədər məntəqənin yenidən hesablanmasını nəzərdə tutan, hakimiyyət tərəfindən edilən təklifiə müxalifətin rədd cavabı verməsini də müxalifətin yalanlarına cavab olduğunu deyib: “Danışıqlar davam edir. Vasitəçi səfirlərin iştirakı ilə növbəti görüş planlaşdırılmalıdır. Konkret bir tarix söyləmək mənim üçün çətin olacaq. Seçkilərə gəlincə, yeni seçkilərin keçirilməsi üçün heç bir əsas yoxdur. Bir müddətdir ki, müxalifət partiyalarından konkret seçki məntəqələrinin saxtalaşdırılması ilə bağlı manipulyasiya eşidirik. 1 500-ə qədər məntəqənin açılması və yenidən hesablanmasını nəzərdə tutan, hakimiyyət tərəfindən müxalifətə edilən təklifə müxalifətin rədd cavabı verməsi subut edir ki, yalan iddia irəli sürürlər. Çünki onlar bilirlər ki, sayılmadan sonra hamı əmin olacaqdı ki, heç bir saxtalaşdırma baş verməyib. Onlar bunu istəmədilər, bu isə, çox pisdir”, - deyə Kaladze bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989