Haqqımızda Reklam
26 
Nybr
2020
12:11
35
5
628

Mikromaliyyə binasına hücum edən şəxs insanları xilas etmək üçün Allah tərəfindən göndərildiyini deyib

“Levan Zurabaşvili bizə terrorçu olmadığını və Allahdan kömək dilədiyimiz üçün bizi xilas etmək üçün Allah tərəfindən göndərildiyini bildirirdi”. 24News.ge xəbər verir ki, bu sözləri, Tbilisidə mikromaliyyə binasına daxil olaraq bir neçə şəxsi girov götürən və tələblər irəli sürən Levan Zurabaşvili barəsində, içəridə olan girovlardan biri polis tərəfindən dindirilmə zamanı deyib. Onun sözlərinə görə, Zurabaşvili içəridə olanlardan və mikromaliyyədən heç bir maliyyə tələbi irəli sürməyib və heç kimi təhdid etməyib: “İçəri girər-girməz yuxarıda adı çəkilən şəxs sakit və sərt tonda, oradakı hər kəsi ofisin mərkəzinə toplaşmağa çağırdı. Bundan sonra, sol əlin biləyinə yazılmış telefon nömrələrini göstərərək "Mtavari Arxi" və "İmedi" kanallarına və 112 xidmətində zəng etməyi tələb etdi. O terrorçu olmadığını, pravoslav olduğunu və bizim Allahdan kömək dilədiyimizi və bu məqsədlə bizi xilas etmək üçün Allah tərəfindən göndərildiyini bildirirdi. Sözügedən söhbət zamanı ofisdəki bir nəfər hamilə qadını sərbəst buraxdı, bundan sonra başqa bir qadın ona koronavursdan yenicə sağaldığını və onu buraxmasını istədi və eyni zamanda orada olan bir nəfər kişi ona bütün qadınları sərbəst buraxmasını təklif etdi, o bununla dərhal razılığa gələrək mən də daxil olmaqla bütün qadınları sərbəst buraxdı. Yuxarıda adı çəkilən şəxs, orada olduğum müddətdə bizə və ya MMC-yə qarşı heç bir maddi iddia qaldırmadı və heç kimə ayrı-ayrılıqda hədə-qorxu gəlmədi”, - deyə girovlardan biri danışıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989