Haqqımızda Reklam
26 
Nybr
2020
12:19
20
3
839

Müxalifət lideri partiyalar üçün hökumətin verdiyi maliyyədən imtina etməyi təklif etdi

Lelo partiyasının liderlərindən olan Badri Caparidze, seçkilərin nəticəsi müqavilində partiyalara veriləcək maliyyədən imtina edilməsinin tərəfini tutduğunu bildirib. 24News.ge xəbər verir ki, Caparidze, bunun şəxsi fikri olduğunu, Lelo partiyasının bu barədə hələ qərar vermədiyini bildirir. Onun sözlərinə görə, Lelo partiyasının siyasi şurası yaxın günərdə bu barədə yekun qərar verəcək: “İndi Siyasi Şurada bu məsələni müzakirə edirik. Şəxsi fikrim budur ki, boykot etməyə davam etsək, partiya maliyyəsi almayaq, ancaq hər partiya öz qərarını verir. Bütün tərəflərin qərarına hörmətlə yanaşırıq. Bu səbəbdən heç kimə etiket vurmaq fikrində deyiləm. Önümüzdəki üç gündə necə hərəkət edəcəyimizə gəldikdə, bu Siyasi Şuranın qərarından asılı olacaq", - deyə Caparidze bildirib. Badri Japaridze - Şəxsi fikrim budur ki, boykota davam etsək, partiyanın maliyyəsini almamalıyıq

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989