Haqqımızda Reklam
26 
Nybr
2020
13:38
18
7
802

Müxalifət nümayəndəsi partiyaların aldığı maliyyənin İvanişvilinin deyil dövlətin pulu olduğunu dedi

“Bu dövlət maliyyəsidir, Bidzina İvanişvilinin pulu deyil. Buna görə də biz bu maliyyə üçün müraciəti etdik”. 24News.ge xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat"ın liderlərindən olan Zurab Melikişvili, seçkilərin nəticəsi müqabilində partiyalara veriləcək maliyyə barəsində danışarkən deyib. Onun sözlərinə görə, müxalifət partiyalarının yeganə maliyyə mənbəyi dövlət büdcəsidir, çünki biznesin onlara yaxın olmasına hakimiyyət qadağa qoyur: “Qanunvericilik bütün partiyaları dövlətin maliyyələşdirilməsi üçün müraciət etməyə məcbur edir. Bu dövlət maliyyəsidir, Bidzina İvanişvilinin pulu deyil. Buna görə də biz müraciət etdik. Xüsusilə seçki olmayan dövrdə partiyaların demək olar ki, yeganə mənbəsi dövlət maliyyəsidir”, - deyə Melikişvili bildirib.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989