Haqqımızda Reklam
08 
Yan
2021
19:26
23
14
11792

Baş nazir uşaqlara 6 ay veriləcək 100 larilik yardım barədə açıqlama verdi

"Ailədə 16 yaşınadək üç və ya daha çox uşağı olan və sıfırdan 100.000 balı olan bütün vətəndaşlarımız, altı ay ərzində hər ay 100 lari yardım alacaqlar". 24News.ge xəbər verir ki, bu sözləri Baş Nazir Giorgi Gaxaria, İdarələrarası Koordinasiya Şurasının iclasından sonra bildirib. Hökümət başçısı qeyd edib ki, ən önəmli məsələ isə vətəndaşların bu köməyi ən qısa müddətdə və vaxtında almasıdır: "65.000-100.000 bal arasında olan, sosial cəhətdən həssas olan bütün vətəndaşlarımız, altı ay ərzində hər ay 100 lari yardım dəstəyinə sahib olacaqlar. Ayrıca, ailəsində 16 yaşınadək üç və ya daha çox uşağı olan və 0-dan 100.000 balı olan bütün vətəndaşlarımız da altı ay ərzində 100 lari aylıq yardım alacaqlar. Həmçinin, 18 yaşınadək uşağı olan əlillərə də altı ay ərzində 100 lari yardım veriləcək. Bu sosial dəstək portfelinin büdcəsi təxminən 610 milyon laridir", - deyə Nazir bildirib. Qeyd edək ki, sözügedən yardımın hansı qaydada verilməsi ilə bağlı yaxın vaxtda açıqlama veriləcək.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989