Haqqımızda Reklam
11 
Yan
2021
22:34
20
5
4804

Diqqət! Azərbaycanın Gürcüstandakı səfirliyi müsabiqə elan edir...

Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar – 9 Aprel hadisələri mövzusunda “Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsi elan edib. Bu barədə 24News.ge xəbər portalına Azərbaycanın ölkəmizdəki səfiriliyindən məlumat verilib. Müsabiqədə 15 yaşdan yuxarı vətəndaşlar iştirak edə bilərlər. Mövzü üzrə ən yaradıcı rəsm və inşa yazısı təqdim edəcək şəxslər səfirlik tərəfindən hər iki nominasiya üzrə mükafatlandırılacaqlar. Müsabiqənin nəticələri 18 yanvar 2021-ci il tarixində açıqlanacaq. İlk üç yeri tutacaq müsabiqə iştirakçıları Azərbaycan səfirliyində səfir Faiq Quliyev və Gürcüstanın hökumətinin səlahiyyətli nümayəndəsi tərəfindən təltif olunacaqlar. Müsabiqəyə qatılacaq şəxslərdən mövzü üzrə rəsm əsərlərini səfirliyə (ünvan: Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi 4) təqdim etmələri, həmçinin Azərbaycan və ya gürcü dillərində inşa yazanlardan öz işlərini 17 yanvar 2021-ci il tarixinədək səfirliyin [email protected] elektron poçtuna göndərmələri xahiş olunur. Müsabiqə ilə bağlı ətraflı məlumat almaq istəyən şəxslərdən Səfirliyin (+995 32)224-30-04 nömrəli telefonu ilə əlaqə saxlamaları xahiş olunur.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989