Haqqımızda Reklam
12 
Iyn
2019
16:14
4
5
1153

Ruslan Hacıyev Parlamentin Etika şurasına üzv seçilib (FOTO)

Bu gün 12 iyun tarixində Parlamentin Etika şurasının ilk iclası keçirilib. 24News.ge xəbər verir ki, bu barədə Parlamentin Mətbuat xidməti məlumat verib. İclasda Etika şurasının fəaliyyəti ilə bağlı məsələlər və müəyyən sənədlərin formaları müzakirə olunub. Şuranın üzvü İrina Pruidze bildirib ki, sentyabr ayının əvvəli üçün Etika şurası fəaliyyətə tam hazır olacaq. Etika şurası Parlamentin qərarı ilə bu il martın 19-da yaradılıb. Şurada 14 deputat təmsil olunub. Onların arasında hakim "Gürcü Arzusu" Partiyasının Marneuli rayonundan olan majoritar deputatı Ruslan Hacıyev də var. Şura deputatların davranışı, onların həmkarları, cəmiyyət, KİV və digər qurumlarla münasibətlərini tənzimləyən etika kodeksinin əməl olunmasına nəzarəti həyata keçirəcək. Şura həmçinin kodeksin pozulması hallarında məsuliyyəti də müəyyən edəcək. İdarə heyətinin üzvləri isə: İrina Pruidze, Nino Tsilosani, Ruslan Hacıyev, Koba Lursmanaşvili, Genadi Marqvelaşvili, Rati İonatamişvili, Ruslan Poqosyan, Otar Kaxidze, Xatuna Qoqorişvili, Sergi Kapanadze, Mamuka Çikovani, Emzar Kvitsiani, Eka Beseliya və Ramaz Nikolaişvili.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989