Haqqımızda Reklam
17 
Iyn
2019
16:16
2
1
544

Baş nazir istefası barədə yayılan məlumatları şayiə adlandırıb

Baş nazir Mamuka Baxtadze istefa verəcəyi barədə yayılan məlumatları şayiə adlandırıb. 24News.ge xəbər verir ki, bu barədə hökumət başçısı bu gün keçirdiyi brifinqdə bildirib. M.Baxtadze istefası barədə yayılan məlumatları qeyri-ciddi adlandırıb: “Bununla bağlı hər hansı bir ciddi bəyanat verməkdə çətinlik çəkirəm. Mən komandam ilə birgə hökumət proqramlarını yerinə yetiririk. Bu, olduqca vacibdir və mən xalq və parlament qarşısında məsuliyyət daşıyıram”. Qeyd edək ki, bəzi KİV-ləri M.Baxtadzenin istefa verəcəyi və Regional İnkişaf və İnfrastruktur naziri Maya Tskitişvilinin baş nazir təyin olunacağı barədə məlumatlar yayıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989