Haqqımızda Reklam
18 
Iyn
2019
04:57
3
0
539

Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın xərclərini Mehriban Əliyeva öz üzərinə götütürüb. 24News.ge xəbər verir ki, kürəkəni Aqil Səmədbəyli Türkiyədə dünyasını dəyişən qayınanası Həlimə Əliyevanın müalicə dövründə və yas mərasimində əməyi keçənlərə təşəkkürünü bildirib. A.Səmədbəyli cənazə xərclərini öz üzərinə götürdüyünə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıq edib. Qeyd edək ki, Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Mərhumənin cənazəsi doğma Kələki kəndinə (Naxçıvan Muxtar respublikası, Ordubad rayonu) aparılıb və torpağa tapşırılıb.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989