Haqqımızda Reklam
20 
Fev
2021
14:48
15
13
7670

Giorgi Qaxarianın hakimiyyətdə olduğu müddətdə nə qədər mülk yığdığı məlum oldu

Gürcüstanın sabiq baş naziri Giorgi Qaxaria ilk dəfə Vergi Ombudsmanı olduğu dövürdə deklarasiya doldurub. 24News.ge xəbər verir ki, onun sonuncu deklarasiyası isə 30 may 2020-ci il tarixində baş nazir olaraq doldurduğu deklarasiya olub. Onun vəzifədə olduğu illərdə ilk və sonuncu doldurduğu deklarasiyada mühüm dəyişikliklər olub. Qaxarianın Vergi Ombudsmanı olaraq 08/05/2013 tarixində doldurduğu deklarasiyaya əsasən, şəxsi mülkü olaraq Rusiya Federasiyasının Moskva şəhərində 76.00 kv.m bina qeydiyyatda olub. Bundan başqa, onun həyat yoldaşı Marika Pançulaianın adına isə Tbilisidə 395.00 kv.m torpaq sahəsi, Anası Mzia Lejavanın adına Tbilisidə 80.00 kv.m yaşayış binası, atası Zaur Qaxarianın adına isə Tbilisidə 130.00 kv.m yaşayış binası və onun 20 kv.m avtomobil qarajı, həmçinin Tbilisidə 1614 kv.m, Siğnağidə isə 280 000 kv.m torpaq sahəsi qeyd olunub. Deklarasiyada, Giorgi Qaxarianın adına 2007-ci ilin "Toyota Camry" markalı avtomobil, atasının adına isə 2011-ci ilin "VOLVO S80" avtomobil qeyd olunub. Həmin deklarasiayda nəğd olaraq pul qeyd olunmayıb, lakin bank hesablarında Giorgi Qaxarianın ümumilikdə 1500 lari, 35 min dollar və 35600 rubl qeyd olunub, onun həyat yoldaşının adına isə 17 300 dollar qeyd olunub. Gəlir mənbəyinə gəlincə, Giorgi Qaxaria Moskvada 2001-ci ildən etibarən partniyoru olduğu və 1 il ərzində 82 000 dollar gəlir əldə etdiyi “LLS Koxta" adlı biznes şirkəti olub, lakin 2012-ci ildə həmin şirkətin hissələrini satıb və 60 000 dollar gəlir əldə edib. Həmçinin Giorgi Qaxaria həmin dövürdə, bir il ərzində 88 000 avro gəlir əldə etdiyi “Luftganza Service Group LSG” şirkətinin direktoru da olub. Giorgi Qaxarianın xərcinə gəldikdə isə, o 2013-cü ilin deklarasiyasında binanın təmiri üçün 110 000 lari xərclədiyini qeyd edib. Onun sonuncu deklarasiyasına gəldikdə isə, onun baş nazir olaraq 30.05.2020 tarixində doldurduğu deklarasiyası 2013-cü ildə doldurduğu deklarasiyadan tamamən fərqlidir. Belə ki, həmin deklarasiyaya əsasən, Qaxarianın və onun ailəsinin heç bir daşınmaz mülkü qeyd olunmayıb. Ailədə isə sadəcə onun həyat yoldaşının adına qeydiyyatda olan 1 ədəd, 2016-cı ildə 22 000 dollara alınan "Toyota RAV4" avtomobili var. Həmin deklarasiyada da, Qaxarianın və ailə üzvünün heç nəğd pulu olmadığı qeyd olunub. Bank hesabında isə Qaxarianın sadəcə 99.41 larisi olduğu bildirilib. Onun həyat yoldaşının hesabında isə, 116 167 lari, 553 402 dollar və 393 avro qeyd olunub. Ailənin gəlir mənbəyi olaraq isə Giorgi Qaxarianın 01.01.2019- 07.09.2019 tarixlərində nazir olması və bu zamanda 41 986 lari gəlir əldə etməsi, həmçinin 08.09.2019 - 31.12.2019 tarixinədək baş nazir olması və bu zamanda 12 854 lari gəlir əldə etməsi qeyd olunub. Onun həyat yoldaşının isə Aversi klinikasında həkim olaraq 1 il ərzində 10 175 lari maaş aldığı bildirilib. Həmçinin onun həyat yoldaşının banka qoyduğu depozitdən 17 680 dollar gəliri olduğu da qeyd olunub. Qaxarianın ailəsinin xərcinə gəldikdə isə, onun qızı Anna Qaxarianın 1 illik təhsil haqqına 1 540 avro, otel xidmətləri üçün isə il ərzində 6 313 lari xərclənib. Xatırladaq ki, Giorgi Qaxaria baş nazirlik vəzifəsindən 18 fevral tarixində istefa verib və həmçinin Gürcü Arzusu partiyasını tərk edib.

www.24news.ge

Novruz
Mehdi

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989