Haqqımızda Reklam
18 
Iyn
2019
15:41
3
2
541

Gürcüstanın yeni səhiyyə naziri məlum olub

Ölkənin məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri vəzifəsinə təyinat olub. 24News.ge xəbər verir ki, bu vəzifə Saçxere klinikasının direktoru Yekaterina Tikaradzeyə həvalə edilib.  Qeyd edək ki, Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Davit Sergeenko bu gün vəzifəsindən istefa verib. O, 2012-ci ilin oktyabrından bu vəzifəni tutub. D.Sergeenko isə Baş nazir Mamuka Baxtadzenin müşaviri təyin olunub. Xatırladaq ki, Y.Tikaradze 2015-ci ilin sentyabrından Saçxere klinikasının direktoru olub. O, 2009-cu ildə xəstəxanaya konsultant kimi dəvət olunub. Y.Tiakaradze Avstriyanın Donau-Universität Krems ali məktəbinin məzunudur. 

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989