Haqqımızda Reklam
18 
Iyn
2019
19:16
1
5
478

Tbilisidə cinsi azlıqların paradı keçiriləcək

Paytaxt Tbilisidə cinsi azlıqların paradı keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı olan “Tbilisi Pride” təşkilatının yaydığı bəyanatda bildirilib. Sənəddə qeyd olunub ki, aksiyaya yerli sakinlərlə yanaşı, Avropa İttifaqı və qonşu ölkələrdən olan cinsi azlıqlar da qoşulacaqlar. Təşkilat cinsi oriyentasiyasından asılı olmayaraq, hamını aksiyaya qoşulmağa dəvət edib. Aksiyanın yeri və vaxtı açıqlanmayıb. Qeyd edək ki, Tbilisidə cinsi azlıqların paradı 18-23 iyun tarixinə təyin olunub. Daxili İşləri Nazirliyi təhlükəsizlik baxımından aksiyanın keçirilməsini tövsiyə etməyib. Tədbir ölkədəki millətçilər və din xadimləri arasında da hiddətlə qarşılanıb. Onlar aksiyanın qarşısını alacaqlarını bildiriblər. 

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989