Haqqımızda Reklam
18 
Iyn
2019
22:49
13
2
3962

Temur Abazovun məhkəməsində şahidlər şok açıqlamalar verdilər - Abazov qəsdən həbs edilib?

Rustavi şəhər məhkəməsində Marneulinin keçmiş meri Temur Abazovun işi ilə bağlı şahidlərin dindirilmə prosesi ötən gündə davam edib. 24News.ge xəbər portalına müsahibə verən Temur Abazov məhkəmədə dindirilən şahidlərin etiraflarını bizimlə bölüşüb. Abazov qeyd edib ki, şahidlər dindirilmə zamanı Elçin Allahverdiyevin qurduğu şər böhtanın üstünü açıblar: “Məhkəmə zamanı şahidlər qeyd etdilər ki, onlar Elçin Allahverdiyevin öz dilindən eşidiblər ki, insanlararasında deyirmişki, mən dəliyəm nəyəm özüm öz əlimlə üzümə sidik tökəm. O sidik deyildi, piyvə idi mən bunu ona görə etdim ki, Temur Abazov içəri getsin” – deyə Temur Abazov müsahibəsində bildirdi. Keçmiş mer həmçinin qeyd etdi ki, məhkəmədə şahidlər digər bir faktın da üstünü açıblar: “Elçin Allahverdiyev haradasa işə düzəlmək istəyib və ona orada deyiblər ki, sənin adın pis hallanıb üzünü sidiklə yuyublar ona görə səni işə götürə bilmərik o isə cavabında deyib, mənim üzümü hec kim sidiklə yumayıb onu mən özüm quraşdırmışdım ki, Temur abazov içəri getsin. Üzümü yuduğum isə piyvə idi” Temur Abazov həmçinin Elçin Allahverdiyevin atdığı böhtanların indi üstünün açılmasınıda belə izah edib: “Bilirsiz Allaverdiyev artıq atdığı böhtanların üstünü açır. Bunun isə bir səbəbi var o gördü ki, etdiyi əməl onun hər yerdə adını ləkələyir və hec yerdə ona yaxşı baxılmır, iş verilmir elə buna görədə artıq doğruyu danışmaq məcburiyyətində qalıb”. - Deyə T.Abazov bildirdi. Keçmiş mer tezliklə onun günahsız olduğunun sübuta yetirləcəyinə inandığını da bildirdi: “Mən elə başdan da deyirdim ki, günahsızam, qurbanam, ilk növbədə mənim ailəm qurbandır. Hakimin düzgün qərar qəbul edəcəyini və mənə bəraət verəcəyini gözləyirəm". T.Abazov məhkəmə prosesinin hələ davam etdirildiyini qeyd edərək şahidlərin çox olduğundan onların dindirlməsi məhkəmənin uzanmasına səbəb olur deyə qeyd etdi. Məlumat üçün xatırladaq ki, T.Abazov 2018-ci ilin 13 iyun tarixində qeyri-insani və alçaldıcı davranış faktı ilə ittiham olunaraq prokurorluq tərəfindən saxlanılmışdı. Məhkəmə isə 13 dekabr tarixində onu girov qarşılığında azadlığa buraxıb. Məhkəmə prosesi davam etdirilir.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989