Haqqımızda Reklam
01 
Mar
2021
08:59
38
9
13263

Bu gündən etibarən Gürcüstana kimlər və necə gələ bilərlər sualına cavab

Bu gündən etibarən Gürcüstan hava məkanını bir neçə ölkə üçün açır. 24News.ge xəbər verir ki, ölkəyə təyyarə ilə yollanacaq xarici vətəndaşlardan 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq. Bu qayda Gürcüstan ərazisindən tranzit keçidi kimi istifadə edəcək vətəndaşlara da şamil olunacaq. Gürcüstanda qalacaq xarici vətəndaşlar 3 gündən sonra öz hesablarına PCR testindən keçməli olacaqlar. Hazırkı mərhələdə Gürcüstan hökuməti quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır. Ölkəyə quru sərhədlərdən koronavirusa qarşı vaksinasiyanın hər iki mərhələsindən keçən istənilən ölkənin vətəndaşları daxil ola bilərlər. Qeyd edək ki, yaxın günlərdə Azərbaycan və Gürcüstan arasında Bakı-Tbilisi- Bakı istiqaməti üzrə müntəzəm aviareyslərin bərpa olunacağı gözlənilir. Gürcüstana gəlişinə icazə verilən ölkələri aşağıda sizə təqdim edirik: 1.) - Azərbaycan; 2.) - Rusiya; 3.) - İsveçrə Konfederasiyası; 4.) - Norveç Krallığı; 5.) - Amerika Birləşmiş Ştatları; 6.) - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı; 7.) - Səudiyyə Ərəbistanı Krallığı; 8.) - Qətər Dövləti; 9.) - Birləşmiş Ərəb Əmirlikləri; 10.) - Bəhreyn Krallığı; 11.) - Türkiyə Respublikası; 12) - Qazaxıstan; 13) - Belarusiya; 14) - İsrail; 15) - AB üzv dövlətlər; 16) - Ukrayna; 17) - Ermənistan.

www.24news.ge

(Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!) 571798989